Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.
“Antalyaspor” – “Başakşəhər” matçında qapılara qol vurulmayıb. Beş qolun qeydə alındığı “Kasımpaşa” – “Rizəspor” matçı meydan sahiblərinin xeyrinə yekunlaşıb. Səfərdə “Alanyaspor”la qarşılaşan “Fənərbağça” inamlı qələbəyə sevinib. Lider “Qalatasaray” isə doğma meydanda “Adana Dəmirspor”la qarşılaşıb. Lakin bu matç yarıda qalıb. İstanbul təmsilçisi 1:0 öndə olarkən qonaq komanda qapısına təyin olunmuş penaltiyə etiraz əlaməti olaraq 30-cu dəqiqədə meydanı tərk edib.
23-cü turun qalan görüşləri fevralın 10-da keçiriləcək.
Türkiyə, Super Liqa
23-cü tur
7 fevral
Samsunspor – Hatayspor 2:0
Qollar: Marius, 3. Z.Yavru, 7.
8 fevral
Kayserispor – Konyaspor 3:2
Qollar: Nazon, 14; 55. M.Kardozo, 23 – Aleksiç, 45+1. Kramer, 69.
Sivasspor – Beşiktaş 0:2
Qollar: E.Topçu, 43. J.Mario, 90+4-pen.
9 fevral
Kasımpaşa – Rizəspor 3:2
Qollar: K.Rodriqes, 26. Hayradinoviç, 45+8-pen. Da Kosta, 57 – S.Bolat, 30-öz qapısına. Sou, 80.
Alanyaspor – Fənərbağça 0:2
Qollar: Şimanski, 22. Taliska, 42.
Antalyaspor – Başakşəhər 0:0
Qalatasaray – Adana Dəmirspor matçı yarıda qalıb
10 fevral
21:00. Bodrumspor- Göztəpə
21:00. Trabzonspor – Eyüpspor