İnyaki Penya yayda iş yerini dəyişə bilər.
“Barselona”nın futbolçu ilə yolları ayırmaq ehtimalı var. Sport.es saytının məlumatatına görə, ispaniyalı qapıçı ilə baş məşqçi Hans-Diter Flik arasında gərginlik yaranıb. Buna səbəb almaniyalı mütəxəssisin Voytsex Şçensnını əsas qapıçı təyin etməsi olub. Penya Fliklə söhbət etdikdən sonra əsas heyətdə yer almayacağına əmin olub və artıq klubu tərk etmək haqda düşünür.
İnyaki bu mövsüm “Barselona”nın heyətində 22 oyuna çıxaraq 25 qol buraxıb və 6 matçda qapısını toxunulmaz saxlayıb. Onun müxtəlif turnirlərdə son 5 oyunda meydana çıxmadığını da qeyd edək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta