AZ

Səudiyyə Ərəbistanı müsəlman ölkələrinə təşəkkür etdi

Səudiyyə Ərəbistanı İsrailin Baş naziri Benyamin Netanyahunun fələstinlilərin öz vətənlərindən köçürülməsinin mümkünlüyü ilə bağlı son bəyanatını pisləyən bütün müsəlman ölkələrinə təşəkkür edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Krallığın Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabındakı paylaşımında belə deyilir.

 

 

"Səudiyyə Ərəbistanı Krallığı qardaş dövlətlərin Benyamin Netanyahunun Fələstin xalqının öz torpaqlarından didərgin salınması ilə bağlı bəyanatını pisləyən və rədd edən mövqeyini yüksək qiymətləndirir", - paylaşımda vurğulanıb.

Seçilən
35
7
senzor.az

8Mənbələr