Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 21-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Holştayn” – “Boxum” matçında qalib müəyyənləşməyib. “Leypsiq” isə doğma meydanda “Sankt Pauli” üzərində inamlı qələbəyə sevinib.
Beləliklə, Almaniya Bundesliqasında geridə qalmış 21 turdan sonra 54 xal toplamış “Bayern” vahid liderdir. Ötən mövsümün qalibi olan “Bayer” hazırda 46 xalla ikinci, “Ayntraxt” 39 xalla üçüncü, “Leypsiq” 36 xalla dördüncü, “Ştutqart” 35 xalla beşinci, “Frayburq” isə 33 xalla altıncıdır. “Maynts” 32, Mönhenqladbax “Borussiya”sı 31, “Volfsburq” və “Verder” 30, Dortmund “Borussiya”sı 29, “Auqsburq” 27, “Union Berlin” 24, “Sankt Pauli” 21, “Hoffenhaym” 18, “Haydenhaym” 14, “Holştayn” 13, sonuncu olan “Boxum” isə 11 xal toplayıb.
Almaniya, Bundesliqa
21-ci tur
7 fevral
Bayern – Verder 3:0
Qollar: H.Keyn, 56-pen; 90+7-pen. Sane, 82.
8 fevral
Borussiya (Dortmund) – Ştutqart 1:2
Qollar: Brandt, 81 – Anton, 50-öz qapısına. Şabo, 61.
Frayburq – Haydenhaym 1:0
Qol: Qrifo, 30.
Hoffenhaym – Union Berlin 0:4
Qollar: Hollerbax, 24; 87. Lyubiçiç, 61. İliç, 73.
Maynts – Auqsburq 0:0
Volfsburq – Bayer 0:0
Borussiya (Mönhenqladbax) – Ayntraxt 1:1
Qollar: Klayndienst, 26 – Ekitike, 31.
9 fevral
Holştayn – Boxum 2:2
Qollar: Skribski, 3-pen. Zek, 50 – Boadu, 37; 39.
Leypsiq – Sankt Pauli 2:0
Qollar: Şeşko, 16. X.Simons, 35.