Türkiyə Super Liqasının XXIII turu çərçivəsində "Qalatasaray" "Adana Dəmirspor"la üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, görüş qonaqların 33-cü dəqiqədə meydançadan çəkilməsi ilə yarıda saxlanılıb.
Super Liqa təmsilçilərindən "Fənərbaxça" bununla bağlı paylaşım edib.
Həmin açıqlamanı sizə təqdim edirik:
"Qeyri-qanuni müqavilələr, qara bazar biletleri və qeyri-qanuni reklamlarınızla dövlətimizə və Türkiyə Futbol Federasiyasına ziyan vurursunuz. Rəhbərlik etdiyiniz media nümayəndələriniz və qeyri-səmimi açıqlamalarınız cəmiyyəti aldadır, illərdir aldadıcı hərəkətlər edən futbolçularınızla hakimləri və futbol azarkeşlərini çaşdırmağa davam edirsiniz! Sizin sayənizdə nə inam qalıb, nə də ədalət! Amma ən günahsız və qurban olan hələ də sizsiniz! Təbrik edirik, türk futbolunu nə hala gətirdiniz".
Okan Buruk: “Birdən-birə birisi telefon edir və komanda meydançadan çəkilir”
“Qalatasaray” matçında skandal: ANONS VERİLDİ, Ləğv olundu
Şimanski “Fənər”in TARİXİNƏ DÜŞDÜ
Ozan Can Kökçü oynadı, komandası qələbə qazandı
Şenol Günəş Emre Belözoğlunun ulduzunu alır: "Trabzonspor"a sürpriz hücumçu