AZ

İstanbulda silahlı insident –1 nəfər yaralanıb

İstanbulun (Türkiyə) Bahçelievler rayonunda silahlı insident baş verib.

İki sahil” xəbər verir ki, hadisə nəticəsində bir nəfər yaralanıb.

Məlumata görə, K.Ö. adlı şəxs motosikletini Bahçelievlerdə yerləşən ticarət mərkəzinin qarşısında park edərkən, arxadan gələn motosikletdə olan iki şübhəli silahla atəş açıb.

Hadisə yerinə polis və tibbi heyətlər göndərilib.

Xəsarət alan K.Ö ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Polis qaçan şübhəlilərin tutulması üçün əməliyyata başlayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
13
ikisahil.az

1Mənbələr