AZ

"Wall Street"in qlobal hökmranlığı azalır - "Bank of America"

"Bank of America Corp." strateqləri 2025-ci ilin əvvəlində ABŞ fond bazarlarında sürətli artımın səngiməsindən sonra bu bazarın digər ölkələrə nisbətən üstün performansının azalacağını proqnozlaşdırır.  

Valyuta,Az "Bloomberg"ə istinadən xəbər verir ki, Maykl Hartnet də daxil olmaqla strateqlərin fikrincə Braziliya, Almaniya, Böyük Britaniya, Çin və Kanada kimi ölkələrin fond bazarları indiyə qədər "Wall Street"in "S&P 500" indeksindən daha yüksək gəlir gətirib. Bu vəziyyətin uzun müddət bazarda üstünlük təşkil edən və "Möhtəşəm Yeddilik" kimi tanınan texnologiya şirkətlərinin əvvəlki yüksəliş tempini qoruyub saxlaya bilməməsi ilə bağlı olduğu bildirilir.  

"BofA" strateqləri, həmçinin ABŞ iqtisadiyyatının rəqiblərinə nisbətən struktur baxımından üstünlüyünün azalması və investorların Yaxın Şərq və Ukraynadakı geosiyasi sabitliklə bağlı gözləntiləri səbəbindən ABŞ bazarlarına marağın azaldığını vurğulayır.  

Strateqlər ABŞ ilə ticarət və texnologiya sahəsində gərginliyin artacağını gözləmədiklərinə görə Çin fond bazarına uzunmüddətli investisiya yatırmağı tövsiyə edirlər.  

Hartnetin komandası investorları qarşıdakı həftələrdə Almaniyada keçiriləcək seçkilərdən sonra Avropa bazarlarında qazanc götürmə əməliyyatlarının arta biləcəyi və Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının bu və ya gələn ay başlaya biləcəyi barədə xəbərdar edib.  

"BofA"nın proqnozlarına görə, istiqraz bazarında ABŞ prezidenti Donald Tramp hökumət xərclərini nəzarətə almağa və borcun artmasının qarşısını almağa çalışdığı, eyni zamanda vergi endirimləri üçün Konqresin razılığını almağa çalışdığı bir vaxtda xəzinə istiqrazlarının gəlirliliyi 4%-dən aşağı düşə bilər.  

Rəhim

Seçilən
24
valyuta.az

1Mənbələr