“Taliban” BMT-nin Əfqanıstandakı əməkdaşlarından saqqal saxlamağı tələb edib.
Bu barədə “Amu TV” məlumat yayıb.
Məlumata görə, Əxlaq və Fəzilət Nazirliyinin nümayəndələri BMT-nin Əfqanıstandakı əməkdaşlarına xəbərdarlıq ediblər ki, saqqalını qırxan şəxslər həbs ediləcək.
Qeyd edək ki, bu, “Taliban”ın ölkələrindəki BMT nümayəndələri qarşısında qoyduğu ilk tələb deyil. Belə ki, 2023-cü ilin aprelində onlara qadınları təşkilatda işə götürmək qadağan edilib.