"Tottenhem"də icarə əsasında çıxış edən "Bavariya"nın hücumçusu Mathis Tel İngiltərədə debüt qolunu vurub.
90deqiqe.Az xəbər verir ki, fransız forvard "Spurs" üçün ilk startını İngiltərə kubokunda "Aston Villa" ilə görüşdə edib. Qarşılaşma londonluların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb, lakin 19 yaşlı forvard fərqlənməyi bacarıb.
Gənc futbolçunun London klubunda icarəsi mövsümün sonuna kimi hesablanıb. Matçdan əvvəl menecer Ange Postecoglou klubun futbolçunu "Bavariya"dan almaq niyyətində olduğunu açıqlayıb.