AZ

“Beşiktaş”ın yeni 10 nömrəsi - rəsmi

Daha əvvəl xəbər verdiyimiz kimi, “Beşiktaş” bu qış ilk transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, komanda Ekvador klubu “İndependiente”nin şərəfini qoruyan 19 yaşlı vinger Keni Arroyonu heyətinə qatıb.

Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, “Beşiktaş” futbolçu üçün 6,5 milyon avro ödəyəcək. 

Forvard yeni klubunda 10 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, Ekvador millisinin üzvü “İndependiente”nin yetirməsidir.

“Liverpul” kubokdan kənarda qaldı

Okan Buruk: “Birdən-birə kimsə zəng edir və komanda meydançadan çəkilir”

“Qalatasaray” matçında skandal: ANONS VERİLDİ, Ləğv olundu

Şimanski “Fənər”in TARİXİNƏ DÜŞDÜ

Ozan Can Kökçü oynadı, komandası qələbə qazandı

Seçilən
13
apasport.az

1Mənbələr