AZ

Suriyada terror təşkilatına yer yoxdu - Ərdoğan

Suriyanın prezident Əhməd əş-Şaranın rəhbərliyi altında tezliklə sabitliyə nail olacağına inanırıq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ölkənin müxtəlif yerlərində kütləvi məzarlıqlar qazıldıqca Əsəd rejiminin və onun əlaltılarının qanlı siması üzə çıxır.

Suriyada terror təşkilatlarına yer yoxdur. Şaranın hazırda orada apardığı mübarizə terror təşkilatlarına qarşı mübarizədir. Suriyada davamlı sabitliyi təmin etmək üçün qruplaşmalar, xüsusilə də Suriya ordusundan kənar silahlı qruplar olmamalıdır", - deyə dövlət başçısı bildirib.

Seçilən
19
axar.az

1Mənbələr