AZ

Karateçilərimiz Polşada 3 medal qazanıblar

Polşanın Bielsko-Biala şəhərində karate (WKF / idman karatesi) üzrə yeniyetmə, gənclər və U21 yaş kateqoriyalarının 52-ci Avropa çempionatı başa çatıb.

Apasport.az xəbər verir ki, 3 gün davam edən yarışda karateçilərimiz 3 medal qazanıblar.

Azərbaycan millisi 1 gümüş, 2 bürünc medal əldə edib. Yığmamızın üzvlərindən Ələddin Məlikov (16-17 yaş / 68 kq) gümüş mükafata, Vüsal Qənbərov (14-15 yaş / 52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş / 57 kq) bürünc medallara yiyələnib.

Qeyd edək ki, komamdamız yarışa Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Fəqan Səfərovun, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıb.

Füzuli Musayev: "Rafael Ağayevin belə müsahibə verəcəyini gözləmirdim"

AKF-nin prezidenti: "Rafael Ağayev bizimçün çox dəyərli idmançıdır"

Elzar Yusubovun xatirəsinə həsr olunmuş karate turniri keçiriləcək

20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş karate turnirinə yekun vurulub - FOTO

Rafael Ağayev federasiyanın vitse-prezidenti deyilmiş - Açıqlama

Seçilən
9
apasport.az

1Mənbələr