AZ

İsrail ordusu Hizbullahın tunelinə zərbə endirdi

İsrail ordusu Livan ərazisində Hizbullahın istifadə etdiyi tunelə, bir neçə silah anbarına və raket buraxılış qurğularına zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələri Suriya ərazisindən Livana uzanan və Hizbullahın Bekaa vadisində silah qaçaqmalçılığı üçün istifadə etdiyi yeraltı tunelə zərbə endirib", - məlumatda qeyd edilib.

Seçilən
29
2
axar.az

3Mənbələr