Heç kimin Qəzzə xalqını min illərdir mövcud olan əbədi vətənlərindən çıxarmağa gücü çatmaz. Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüds, eləcə də Fələstin fələstinlilərindir.
Senzor.az bildirir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziya, İndoneziya və Pakistana səfərindən əvvəl Atatürk Hava Limanında mətbuata açıqlaması zamanı deyib.
"Bizim nəzərimizdə, İsrail hökumətinin təzyiqi altında yeni ABŞ administrasiyasının Qəzzə ilə bağlı irəli sürdüyü təkliflərin heç bir dəyəri yoxdur. Bütün bunlar Qəzzada qarışıqlıq salmaq cəhdləridir", - Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Tramp Qəzza əhalisinin Misir və İordaniyaya köçürülməsini təklif edib.