"Beşiktaş" ekvadorlu futbolçu Keni Arroyonu heyətinə cəlb edib. 

Offsideplus.az xəbər verir ki, tibbi müayinədən uğurla keçən vingerlə rəsmi müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Keni ilə sözləşmənin müddəti 4,5 illik nəzərdə tutulub. Solaxay futbolçu "qara qartallar"da "10" nömrə altında çıxış edəcək.