AZ

Almaniya Bundesliqası: "Leypsiq"dən inamlı qələbə

Almaniya Bundesliqasında 21-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Holştayn” – “Bohum” matçında qalib müəyyənləşməyib. “Leypsiq” isə evdə “Sankt Pauli” üzərində inamlı qələbə qazanıb.

21 turdan sonra “Bayern” 54 xalla vahid liderdir. “Bayer” 46, “Ayntraxt” 39, “Leypsiq” 36, “Ştutqart” 35, “Frayburq” 33, “Maynts” 32, Mönhenqladbax “Borussiya”sı 31, “Volfsburq” və “Verder” 30, Dortmund “Borussiya”sı 29 xal toplayıb.

Almaniya Bundesliqası
21-ci tur
7 fevral

Bayern Münhen Verder 3:0
Qollar: Keyn, 56-pen; 90+7-pen. Sane, 82.

8 fevral

Borussiya (Dortmund) Ştutqart 1:2
Qollar: Brandt, 81 – Anton, 50-öz qapısına. Şabo, 61.

Frayburq Haydenhaym 1:0
Qol: Qrifo, 30.

Hoffenhaym Union Berlin 0:4
Qollar: Hollerbax, 24; 87. Lyubiçiç, 61. İliç, 73.

Maynts Auqsburq 0:0

Volfsburq Bayer Leverkuzen 0:0

Borussiya (Mönhenqladbax) Ayntraxt 1:1
Qollar: Klayndienst, 26 – Ekitike, 31.

9 fevral

Holştayn – Bohum 2:2
Qollar
: Skribski, 3-pen. Zek, 50 – Boadu, 37; 39.

Leypsiq – Sankt Pauli 2:0
Qollar
: Şeşko, 16. X.Simons, 35.

 

Seçilən
3
fanat.az

1Mənbələr