AZ

İlon Mask Pentaqonun xərclərini araşdıracaq - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp sahibkar İlon Maskın rəhbərliketdiyi ABŞ Hökumətinin Effektivliyi Agentliyinin (DOGE) Pentaqonaxərclənən milyardlarla dolların izini tapacağına ümid edir.

Trend xəbər verirki, Tramp bu barədə Fox News telekanalına müsahibəsindədanışıb.

"Gəlin ordumuzu yoxlayaq ki, fırıldaqçılıq və sui-istifadənəticəsində israf edilmiş və itirilmiş milyardlarla, yüzlərləmilyard dolları tapaq. Xalq məni bunu icra etmək üçün seçib", –deyə Tramp vurğulayıb.

O, agentliyin fəaliyyətində Maskın mühüm rol oynayacağınagüvəndiyini bildirib.

"Mən Maskdan bunu etməsini xahiş etdim. Daha sonra ondan ricaedəcəyəm ki, çox tezliklə, bəlkə də 24 saat ərzində təhsilsahəsində də araşdırmalara başlasın. Orada da eyni problemlərmövcuddur", – Tramp əlavə edib.

Seçilən
25
az.trend.az

1Mənbələr