Fevralın 10-u axşam saatlarında “Muhteşem Yüzyıl” və “Çalıkuşu” seriallarında oynadığı rollarla tanınan türkiyəli aktyor Burak Özçivit Kreml Sarayında çıxış edəcək.
Publika.az xəbər verir ki, bu barədə “Moskva gecələri” agentliyi özünün məlumat yayıb.
Bildirilib ki, “Türk seriallarının musiqisi” adlı konsertdə Özçivit simfonik orkestrlə birlikdə türk seriallarının əsas hitlərini ifa edəcək. Gecənin aparıcısı aktyor İvan Çuykov olacaq. O, Özçivitə şəxsi və peşəkar həyatı ilə bağlı suallar verəcək.
Konsert əvvəlcə ötən il oktyabrın 10-da "Live Arenada" keçirilməli idi, lakin məşhurun iş qrafikində dəyişikliklər edildiyi üçün fevralın 10-a təxirə salınmışdı.