Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyaya rəsmi səfərə yola düşüb. Türkiyə Prezidenti daha sonra İndoneziya və Pakistana rəsmi səfər edəcək.
Publika.az xəbər verir ki, Türkiyə Prezidenti səfərdən əvvəl Atatürk hava limanında mətbuata açıqlamasında hər üç ölkəyə səfəri zamanı ikitərəfli münasibətləri daha da gücləndirəcək bir çox müqavilə imzalayacaqlarını deyib.
Prezident Ərdoğan Türkiyənin genişmiqyaslı strateji tərəfdaşı olan Malayziyaya səfərindən sonra İndoneziya və Pakistanda keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası iclaslarına həmkarları ilə birlikdə sədrlik edəcək.
Səfər çərçivəsində Türkiyə ilə hər üç ölkə arasındakı ikitərəfli münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək, mövcud əməkdaşlıqların konkret layihələrlə inkişafı istiqamətində birgə addımlar müəyyən ediləcək.
Bundan əlavə, səfərlər zamanı aktual regional və qlobal məsələlər ətrafında fikir mübadilələrinin aparılması və işgüzar dairələrlə görüşlərin keçirilməsi nəzərdə tutulur.