AZ

Kanadalılar ABŞ-yə qoşulmaq istəyirlər - Trampın köməkçisi

ABŞ Prezidenti Donald Trampın Kanadanı işğal etmək planı yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə onun milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals "NBC" telekanalına müsahibəsində deyib.

“Mən düşünmürəm ki, Kanadanı işğal etmək planları var. Ancaq Kanadada bir çox insan Birləşmiş Ştatlardakı vəziyyəti bəyənir və son 10 ilki liberal hökuməti və Trüdonu bəyənmir" - o deyib.

Eyni zamanda o, bir çox kanadalıların Amerika tariflərindən yayınmaq və daha az vergi ödəmək üçün Birləşmiş Ştatlara qoşulmaq istədiyini bildirib.
Seçilən
22
sherg.az

1Mənbələr