AZ

Daha 5 ölkənin "Avroviziya" təmsilçisi bəlli oldu - FOTO

"Avroviziya 2025" mahnı müsabiqəsində Finlandiya, İrlandiya, Ukrayna, Malta və Latviyanı təmsil edəcək şəxslərin kimliyi bəlli olub.

Ölkə.az publika.az-a istinadən xəbər verir ki, yarışmada Finlandiyanı Erika Vikman, Ukraynanı "Ziferblat" qrupu, Maltanı Mirana Konte, Latviyanı isə "Tautumeitas" qrupu, Ä°rlandiyanı isə EMMY təmsil edəcək.

Xatırladaq ki, Ä°sveçrənin Bazel şəhərində keçiriləcək yarışmada Azərbaycan təmsilçisi “Mamagama” qrupu olacaq. İştirakçılarımız birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Birinci yarımfinal mayın 13-də keçiriləcək.

Azərbaycanla birlikdə həmin gün səhnəyə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də çıxacaq.

Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək. (Axşam.az)

Seçilən
20
paralel.az

1Mənbələr