AZ

Meymun böyük şəhəri ZÜLMƏTƏ QƏRQ ETDİ

Şri Lankada meymun elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Azreform.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Economic Times" məlumat yayıb.

Nəşrin məlumatına görə, heyvan Kolombo şəhəri ətrafında yerləşən elektrik yarımstansiyasının üzərinə çıxıb və elektrik şəbəkəsinin transformatoruna toxunaraq elektrik enerjisinin kəsilməsinə səbəb olub.

"Meymun şəbəkəmizdəki transformatorla təmasda oldu və bu, sistemdə balanssızlığa səbəb oldu", - Şri-Lankanın energetika naziri Kumara Jayakodi deyib.

Şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişi üç saat ərzində bərpa edilib, lakin elektrik enerjisinin tam bərpası bir qədər vaxt apara bilər.

Seçilən
16
3
azreform.info

4Mənbələr