AZ

Vanuatu sahilində güclü zəlzələ olub

Vanuatu Respublikasının əsas adası olan Efatenin qərb sahilində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.

“Far.Az” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, təbii fəlakətin episentri paytaxt Port-Viladan 66 km şimal-qərbdə, ocağı isə 19 km dərinlikdə yerləşib.

Yaralananlar və ya dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Seçilən
38
7
far.az

8Mənbələr