AZ

Mask “Azadlıq” və “Amerikanın səsi” radiolarının bağlanmasını tələb edir

Amerikalı milyarder İlon Mask “Azadlıq” və “Amerikanın səsi” radiolarını bağlamağa çağırıb. O, hesab edir ki, bu KİV-lər vergi ödəyicilərinin pullarını israf edir.

Bu barədə Maskın sosial şəbəkədəki bəyanatında bildirilib.

ABŞ prezidenti Donald Trampın administrasiyasında xüsusi dövlət işçisi statusu alan Mask bir anda bir neçə məqama istinad edib və bu səbəbdən, onun fikrincə, bu nəşrlər bağlanmalıdır.

"Avropa indi azaddır . Salam, artıq onlara heç kim qulaq asmır. Onlar sadəcə olaraq, Amerika vergi ödəyicilərinin ildə 1 milyard dollar pulunu israf edən və öz-özünə danışan solçu radikal dəlilərdir", - milyarder öz paylaşımında vurğulayıb.

Yada salaq ki, şənbə günü, fevralın 8-də ABŞ prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən, İlon Maska Pentaqona və ABŞ-da təhsilə ayrılan xərclər də daxil olmaqla “faktiki olaraq hər şeyi” nəzərdən keçirməyi tapşırdığını təsdiqləyib.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
11
oxumeni.az

1Mənbələr