AZ

Neft üç həftəlik ucuzlaşmadan sonra az dəyişən qiymətlər ilə ticarət olunur

Qlobal bazarlar ABŞ Prezidenti Donald Trampın davam edən tariflərinin nəticələrini qiymətləndirərkən, neft üç həftəlik ucuzlaşmadan sonra az dəyişən qiymətlər ilə ticarət edir.

Marja xəbər verir ki, Brent neftinin barelinin qiyməti 75 dollar ətrafında, ABŞ xam nefti 71 dollara yaxın səviyyələrdə ticarət olunur.

Çinin ABŞ mallarına tariflərinin bazar ertəsi başlaması planlaşdırılır. Bu tariflər Trampın keçən həftə qüvvəyə minmiş tariflərinə qarşı cavab tədbiridir. 

ABŞ prezidenti bazar günü bu dəfə polad və alüminiuma daha 25% tarif tətbiq edəcəyini bildirib. Bu tarif bütün ölkələrə şamil olunacaq. Tariflər Amerikada istehsal olunmayan xüsusi poladdan asılı olan neft qazma maşınları da daxil olmaqla, ABŞ-ın enerji sektorunu vura bilər.

Tələb proqnozunun zəif olması və ticarət müharibəsinin (tariflərin) inflyasiyanı artıracağı gözləntiləri, Rusiya və İran neftinə tətbiq edilən sanksiyaları üstələməsi səbəbindən neft yanvarın ortalarından etibarən ucuzlaşma trendindədir.

Seçilən
6
marja.az

1Mənbələr