AZ

UNEC Sosial-İqtisad Kolleci tələbələrinin Mediasiya Şurasında təcrübə proqramı başa çatdı - FOTOLAR

2023-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universiteti UNEC nəzdində Sosial-İqtisad Kolleci ilə Mediasiya Şurası arasında tələbələrin Mediasiya Şurasında istehsalat təcrübəsi keçməsinə dair müqavilə imzalanmışdı.

QHT.az xəbər verir ki, müqavilə çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Sosial-İqtisad Kollecin Sosial iş ixtisası üzrə təhsil alan daha bir qrup tələbənin Mediasiya Şurasında tədris-istehsalat təcrübələri başa çatıb. Sosial iş ixtisası üzrə təhsil alan V kurs tələbələri Mediasiya Şurasında tədris-istehsalat təcrübəsi zamanı praktiki biliklərə yiyələniblər.

Qeyd edək ki, Mediasiya Şurası gələcəkdə də tələbələrin təcrübə proqramlarında iştirakını təmin edəcəkdir.

Seçilən
10
qht.az

1Mənbələr