AZ

Tramp: “Rusiya-Ukrayna müharibəsini bitirmək üçün konkret planım var, Putinlə müzakirə etmişəm”

ABŞ prezidenti Donald Tramp “The New York Post”a açıqlamasında Rusiya-Ukrayna müharibəsinə də toxunub.

Marja xəbər verir ki, Rusiya-Ukrayna müharibəsini bitirmək üçün “konkret planı” olduğunu qeyd edən Tramp, bu mövzuda Putinlə telefonla danışdığını bildirib.

Putinlə bir neçə dəfə telefonla danışdığını, lakin təfərrüatları açıqlaya bilmədiyini vurğulayan Tramp, 2022-ci ildə prezident olsaydı, bu müharibənin başlamayacağı ilə bağlı açıqlamalarını təkrarlayıb.

“Putinlə hər zaman yaxşı münasibətim olub”, - deyən Tramp, ABŞ-ın keçmiş prezidenti Co Baydenin “ölkə üçün utancverici” olduğunu bildirib. 

İranla "müqavilə" mesajı

Tramp İran məsələsinə toxunaraq deyib:

"Mən İranla nüvə silahından azad olmaq üçün saziş bağlamaq istərdim. Yeri bombalamaqdansa, bunu etməyi üstün tuturam. Onlar ölmək istəmirlər. Heç kim ölmək istəmir. Razılaşsaq, İsrail onları bombalamazdı".

İranla mümkün danışıqların təfərrüatlarını açıqlamayacağını qeyd edən Tramp, “Onlara nə deyəcəyimi sizə hələlik demək istəmirəm” bildirib.

Seçilən
6
1
marja.az

2Mənbələr