AZ

Güclü zəlzələ ada dövlətini SİLKƏLƏDİ

Sakit okeanda ada dövləti olan Vanuatu sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanlar ölkənin paytaxtı Port Viladan 65 kilometr aralıda baş verib. Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfat və dağıntılar barədə məlumat verilmir. Hakimiyyət sunami təhlükəsi barədə açıqlama verməyib.

Seçilən
11
1
publika.az

2Mənbələr