Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın Qəzza ilə bağlı açıqlamalarını “tamamilə cəfəngiyyat” adlandırıb.
Onun sözlərinə görə, ABŞ-ın yeni administrasiyasının Qəzza ilə bağlı təklifləri diqqətə və müzakirəyə layiq deyil.
“Bu, tamamilə absurddur, bunlar ölü atı döymək cəhdləridir”, – Ərdoğanın sözlərindən sitat gətirir.
Daha əvvəl Tramp bildirib ki, ABŞ Qəzza zolağının “işğalına” və orada işlər görməyə hazırdır.
Bundan əlavə, o qeyd edib ki, lazım gələrsə, ABŞ öz ordusunu ora göndərə bilər.
DOĞRU.AZ