Sea Breeze

ABŞ Prezidenti Donald Tramp Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maska dövlət qurumlarında yoxlamaların təşkili barədə göstəriş verməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, o, bu barədə “Fox News” telekanalının efirində danışıb.

“Ona göstəriş verəcəm ki, Təhsil Nazirliyini də yoxlasın. Eyni şeyi orada da tapacaq. Ondan sonra da deyəcəyəm: gəl hərbiyə gedək, hərbini yoxlayaq. Biz yüz milyardlarla dollar fırıldaqçılıq və sui-istifadə tapacağıq”, – deyə Tramp bildirib.

O əlavə edib ki, amerikalılar ona bu cür sxemləri ifşa etsin deyə, səs veriblər.

Tramp qeyd edib ki, Mask bu prosesə həvəslidir və şəxsi mənfəət güdmür.

ETX
ETX
ETX