Bu gün Azərbaycan Premyer Liqasında XXII turun növbəti oyunları keçiriləcək.
Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında “Araz-Naxçıvan” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək. Günün digər oyununda “Neftçi” “Zirə”nin qonağı olacaq.
Azərbaycan Premyer Liqası
XXII tur
10 fevral
16:00 Araz-Naxçıvan – Kəpəz
Baş hakim: Kamal Umudlu
“Liv Bona Dea Arena”
19:00 Zirə – Neftçi
Baş hakim: Əliyar Ağayev
Zirə İdman Kompleksinin stadionu