AZ

Ağzına qoyanı peşman edir: Qocalma prosesini 5 dəfə sürətləndirir

Ağzına qoyanı peşman edir:

Bəzi qidaların müntəzəm istehlakı sağlamlığa ciddi zərər verə və qocalma prosesini sürətləndirə bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, həddindən artıq şəkər qəbul etmək bədəndə iltihaba səbəb olaraq insulin müqavimətini artırır və erkən qırışların yaranmasına gətirib çıxarır.

İşlənmiş qidalar yüksək miqdarda duz, şəkər və əlavələr ehtiva edir ki, bu da qan təzyiqini yüksəldir və ürək xəstəlikləri riskini artırır.

Trans və doymuş yağlar damar tıxanmasına səbəb olaraq infarkt riskini artırır və dərinin erkən qocalmasına səbəb olur.

Həddindən artıq duz istehlakı orqanizmin su balansını pozur, qan təzyiqini yüksəldir və insult riskini artırır.

Fast food məhsulları yüksək yağ və kalori tərkibi ilə piylənmə və diabetə səbəb ola bilər.

Alkoqol qaraciyəri yükləyərək toksinlərin yığılmasına səbəb olur və uzun müddət istifadəsi qaraciyər xəstəliklərinə gətirib çıxara bilər.

Qida əlavələri bədəndə toksik təsirlər yarada bilər və uzun müddətdə sağlamlıq problemlərinə səbəb ola bilər.

Süd və süd məhsullarının həddindən artıq istehlakı həzm problemlərinə və hormonal balanssızlığa səbəb ola bilər. Bu səbəbdən, sağlam həyat üçün bu qidalardan uzaq durmaq və ya istehlakını məhdudlaşdırmaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
18
e-saglam.az

1Mənbələr