Ekvadorun hazırkı prezidenti Daniel Noboa prezident seçkilərində liderlik edir, lakin hələ birinci turda qalib gəlmək üçün kifayət qədər səs toplaya bilməyib.
APA xəbər verir ki, bu haqda Milli Seçki Şurasının protokolların 10,61%-nin işlənməsindən sonra dərc etdiyi bəyanatda deyilir.
Məlumatlara görə, 47,02% Noboaya, 41,14% isə onun əsas rəqibi Luisa Qonzalesə səs verib.
Namizəd qalib gəlmək üçün mütləq səs çoxluğu və ya ən azı 40% səs toplamalıdır, lakin bu şərtlə ki, o, ən yaxın rəqibindən ən azı 10 faizlə ayrılsın.
Bu tendensiya davam edərsə, aprelin 13-də ölkədə seçkilərin ikinci turu keçiriləcək.