Çin lideri Si Cinpin mayın 9-da Moskvada keçiriləcək Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün dəvəti qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Çindəki səfiri İqor Morqulov “Rossiya 24” telekanalında danışıb.
Diplomatın sözlərinə görə, Asiya respublikasının rəhbəri də öz növbəsində Rusiya prezidenti Vladimir Putini Pekində keçiriləcək bayram tədbirlərində iştirak etməyə dəvət edib. Müvafiq tədbirlərin sentyabrın əvvəlinə keçirilməsi planlaşdırılır.