AZ

Bakı yollarında 16 istiqamət üzrə sıxlıq var -SİYAHI, FOTO

Paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, hazırda:

 

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

 

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

 

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

 

4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

 

5. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

 

6. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

 

7. Babək prospekti, mərkəz istiqamətində;

 

8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

 

9. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində; 

 

10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

 

11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 

12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 

13. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

 

14. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

 

15. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

 

16. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.


Seçilən
69
49
senzor.az

10Mənbələr