Bursada sükan arxasında olarkən yuxuya gedən sürücü dərəyə uçub.
News24.az xəbər verir ki, sürücü yanğınsöndürənlərin köməkliyi ilə dərədən çıxarılıb və ona tibbi yardım göstərilib.
Müayinələr zamanı sürücüdə 2,14 promil spirt aşkarlanıb və 9 min 267 lirə cərimə kəsilib. Eyni zamanda, onun sürücülük vəsiqəsi 6 ay müddətinə əlindən alınıb.
Günel Məlikzadə