AZ

Daha bir məşhur həbs edildi

Daha bir məşhur həbs edildi

Türkiyədə sosial media hesablarından etdiyi paylaşımlarla adını tanıdan məşhur astroloq  Hilal Saraç həbs olunub.

Qlobal.net bildirir  ki, Baş Prokurorluq tərəfindən mövzu ilə bağlı verilən açıqlamada bildirilib: “X platformasında Prezident Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalıya açıq şəkildə təhqir edən Hilal Saraç barəsində  istintaq başladılmış, adıçəkilən şəxs nəzarətə alınmış və ifadəsi alındıqdan sonra göndərildiyi Sülh Cinayət Hakimliyi tərəfindən həbs edilmişdir.”
Hilal Saraç 6 fevralda etdiyi bir paylaşım ilə reaksiyalara səbəb olub.. Başqa bir paylaşımında isə belə demişdi: “Məncə, Dövlət Baxçalı ağciyərlərini yoxlatdırsın. Mən ölkənin ən yaxşı Tibbi Astroloquyamsa ki, elə də varam, onun çox ciddi ağciyər problemi və nəfəs darlığı var. Çox böyük sağlamlıq problemləri yaşayır. Gizlətsəniz də gizlədin, əgər mən var deyirəmsə, deməli var"

Səbinə
Qlobal.net

Seçilən
7
qlobal.net

1Mənbələr