AZ

Diniyev Türkiyədə klubunu dəyişib

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev klubunu dəyişib.

İdman.biz xəbər verir ki, Türkiyədə legioner həyatı yaşayan 28 yaşlı yarımmüdafiəçi “Bandırmaspor”dan yollarını ayırdıqdan sonra “Çorum”a keçib.

O, Super Liqaya vəsiqələr uğrunda mübarizə aparan klubla müqavilə imzalayıb. Onun yeni komandası 23 turdan sonra 35 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Diniyev mövsümün əvvəlində “Ümraniyespor”dan “Bandırmaspor”a keçmişdi.

İdman.biz

Seçilən
8
idman.biz

1Mənbələr