İsrail ordusu bir ay ərzində fələstinli media nümayəndələrinə qarşı onlarla cinayət törədib, 7 jurnalist öldürülüb. AzPost APA-ya istinadla xəbər verir ki, bu barədə Fələstin Jurnalistlər Birliyinə istinadən Fələstinin “WAFA” xəbər agentliyi məlumat yayıb.
Birliyin bəyanatında deyilir ki, yanvar ayında jurnalistlərə qarşı çoxsaylı hücumlar, onların həbsi, peşə vəzifələrinin icrasına mane olmaq halları baş verib.
Xatırlatma:
İsrail ordusu 471 gün ərzində Qəzza sektorunda 61 709 günahsız fələstinlini qətlə yetirib. Bu rəqəmə öldürülmüş 17 881 qəzzalı uşaq və dağıntılar altında qalaraq itkin düşnüş 14 mindən çox şəxs də daxildir.
İsrailin törətdiyi soyqırım nəticəsində həyatını itirmiş 47 487 nəfərin cəsədi xəstəxanalara çatdırılıb, 14 222 nəfərin cəsədi isə dağıntılar altında qalmaqdadır. 111 588 dinc fələstinli isə yaralanıb.
2,3 milyon nəfərin yaşadığı Qəzzada 2 milyon insan evlərindən didərgdin düşüb. Bəzi insanlar ən ağır şəraitdə – İsrailin hücumları və bombarmanlarının fonunda öz həyatlarını xilas etmək üçün ən azı 25 dəfə yer dəyişməli olub.
Qəzzada qətlə yetirilən qadınların sayı isə 12 316 nəfərdir.
İsrail hücumları nəticəsində humanitar yardım paylayan 736 nəfər və 3 500 mülki xidmətçi də həyatını itirib.
İlkin dəyərləndirməyə görə isə, Qəzzaya dəyən ziyanın həcmi 50 milyard dollardır.
450 min ev zədələnib, 170 min ev tam şəkildə dağıdılıb, 80 min ev ciddi şəkildə dağılıb və 200 min ev isə qismən dağılıb.
Qəzzanın yaşayış sektoruna dəyən zərər 25 milyard dollardan çoxdur.