AZ

"Barselona" 82 illik rekordu qırdı

İspaniya La Liqasının 23-cü turunda “Barselona” səfərdə 4:1 hesabı ilə “Sevilya”nı məğlub edib.

Publika.az xəbər verir ki, "Barselona" ilin əvvəlindən bütün yarışlarda 11 matçda 41 qol vurub. Bu, 1943-cü il yanvarın əvvəlindən bəri analoji dövr üçün ən yaxşı nəticədir.

Həmin vaxt kataloniyalılar Xuan Xose Noqesin rəhbərliyi altında ilin ilk 11 matçında 42 qol vurub.

Qeyd edək ki, 48 xalı olan "Barselona" lider "Real"dan 2 xal geri qalaraq üçüncü pillədə qərarlaşıb.

Seçilən
13
publika.az

1Mənbələr