1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Donald Tramp Kanadanın Birləşmiş Ştatlara arxalandığını, lakin bunun müqabilində müdafiə xərclərinə kifayət qədər vəsait ayırmadığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti" agentliyi məlumat yayıb.
Ağ Ev rəhbəri fikrinin davamında Kanadanı yararsız ölkə adlandıraraq, onun öz həyat qabiliyyətinin olmadığını vurğulayıb.
Xatırladaq ki, bir müddət bundan əvvəl D.Tramp Kanadanı ABŞ-nin 51-ci ştatı adlandırmışdı. O qeyd etmişdi ki, əgər Kanada ABŞ-yə birləşərsə, bu, ölkəyə təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu Rusiya və Çin təhlükəsindən qoruyacaq.