AZ

Millimizin futbolçusu Türkiyədə klubunu dəyişdi

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyədə növbəti dəfə komandasını dəyişib.

Msport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi yenə I Liqada çıxış etməkdə davam edəcək.

Çünki o, “Bandırmaspor”dan “Çorum”a keçib. Türkiyə mətbuatında bildirilib ki, Superliqaya vəsiqə qazanmağı hədəfləyən “Çorum” qış fasiləsində heyətini gücləndirməklə məşğuldur ki, komandanın heyətinə qatdığı futbolçulardan biri də Diniyevdir.

Qeyd edək ki, 2023-cü ilin yayında “Ümraniyespor”a keçən Coşqun Diniyev cari mövsümün əvvəlində “Bandırmaspor”la müqavilə bağlamışdı.

Seçilən
36
21
msport.az

10Mənbələr