AZ

“Çarəsi var”

4 fevral – Dünya Xərçənglə Mübarizə Günü çərçivəsində planlaşdırılan maarifləndirici tədbir 7 fevral 2025-ci ildə “Gənclik Mall”da keçirildi. “All Medical”, “Paşa Holding” və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə təşkil etdiyi bu tədbirin əsas məqsədi “Erkən müayinə can qurtarır” mesajını vurğulamaq, xərçəng xəstəliyinin qorxulu deyil, erkən müayinə ilə sağala bilən bir xəstəlik olduğunu cəmiyyətə çatdırmaq və pozitiv ruh yaratmaq idi. 500-ə yaxın insanın iştirakı ilə baş tutan tədbir həm informativ, həm də ruhlandırıcı atmosferi ilə seçildi.

Tədbirin əsas məqamları:

Pozitiv və motivasiyaedici panel görüşlər – Mütəxəssislər xərçəngin vaxtında aşkarlanarsa tam müalicə oluna biləcəyini və müasir tibbin bu sahədə böyük irəliləyişlər etdiyini vurğuladılar.

Sual-cavab sessiyası – İştirakçılar həkimlərlə açıq və səmimi dialoq quraraq, xərçənglə bağlı miflər və reallıqlar haqqında ətraflı məlumat aldılar.

Maarifləndirici aktivliklər və sağlam həyat mesajları – Sağlam həyat tərzi, düzgün qidalanma və pozitiv düşüncənin vacibliyini əks etdirən stendlər quruldu.

Dilək ağacı və motivasiya dolu foto zona – Tədbir iştirakçıları motivasiyaedici və ümidverici mesajlarını Dilək ağacına yazaraq paylaşdılar. Xüsusi hazırlanmış foto zonada çəkilən şəkillərlə xərçənglə mübarizənin birlik və ümidlə gücləndiyini ifadə etdilər.

Tədbirdə layihə çərçivəsində həkim nutrisioloq Emin Hidayətli, Mama-ginekoloq Rəşad Sultan, mammoloq-onkoloq cərrah İndira Səfərova , onkoplastik cərrah Günay Əhmədova iştirak etdi.

Bu tədbir maarifləndirmə və ümidin ön planda olduğu, müsbət enerji dolu bir platforma yaratdı. “Erkən müayinə can qurtarır” mesajı tədbir boyunca vurğulandı və iştirakçılar xərçənglə mübarizədə birlik və ümidin gücünə inandı.

Fərqindəlik layihəsi olaraq gələcəkdə də sağlam həyat tərzini təşviq edən tədbirlər davam edəcək. Xərçəng, diabet və kardiologiya sahəsində maarifləndirmə və təbliğat işləri geniş miqyasda həyata keçiriləcək, insanların sağlamlıq biliklərinin artırılması üçün yeni layihələr reallaşdırılacaq.

Seçilən
4
vaxt.az

1Mənbələr