AZ

İlyas İsmayılovun böyrəkləri funksiyasını dayandırdı

Hazırda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə olunan Ədalət Partiyasının sədri, keçmiş Baş prokuror İlyas İsmayılovun səhhəti daha da ağırlaşıb.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

Bildirilib ki, siyasətçinin böyrəkləri funksiyasını dayandırıb və o, dializə qoşulub:

"İlyas İsmayılov hələ də xəstəxananın reanimasiya şöbəsindədir, vəziyyəti ağır olaraq qalır. Həkimlər əllərindən gələni edirlər, ancaq İlyas müəllimin səhhətində heç bir dəyişiklik yoxdur, komadadır. Bundan başqa, böyrəkləri də sıradan çıxıb və dializ olunur".

Məlumata görə, Ədalət Partiyası sədrinin oğlu Mətin İsmayılov hazırda ABŞ-də yaşayır. O, atasının durumu ilə əlaqədar Azərbaycana gəlib, amma İ.İsmayılovun səhhətində heç bir dəyişiklik olmadığı üçün 10 gün gözlədikdən sonra geri qayıdıb.

İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. O, Milli Məclisin III və IV çağırış deputatı olub.

İ.İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.

Seçilən
10
9
axar.az

10Mənbələr