AZ

Bakının bu ərazisində qaz olmayacaq - XƏBƏRDARLIQ

Bakı. Trend:

Bu gün Bakının Nəsimi rayonunun bəzi küçələrinin qaztəchizatında fasilə yaranacaq.

Trendxəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumatyayıb.

Bildirilib ki, Nəsimi rayonunda qaz xəttinin mənbəyəbirləşdirilməsi məqsədilə fevralın 10-da saat 10:00-dan etibarənqaz təchizatının dayandırılması planlaşdırılır.

"Təmir-quraşdırma işləri aparılan müddətdə C. Məmmədquluzadə, H.Ələsgərov, H. Sarabski, A. Qurbanov, Mərdanov qardaşları, N.Vəzirov, M. Sənani, A. Səhhət, N. Yusifbəyli, İ. İsmayılovküçələrində, Azərbaycan Dövlət Tibb Universiteti və 1 nömrəlixəstəxana ərazisində yaşayan istehlakçıların qaz təchizatındamüvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd edilib.

Məqalədə:
Seçilən
1
43
az.trend.az

10Mənbələr