Cənubi Koreya silah ixracı imkanlarının genişləndirilməsi layihəsi çərçivəsində süni intellekt, kosmos və yüksək texnoloji materiallar da daxil olmaqla 10 texnoloji sektorun inkişafına 3 trilyon vondan (2 milyard dollar) çox vəsait xərcləməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” informasiya agentliyi məlumat yayıb.
Agentlikdən bildirilib ki, ölkə hökuməti növbəti iki il ərzində dövlət qurumları tərəfindən planlaşdırılan maliyyə dəstəyinə əlavə olaraq hər bir kiçik və orta silah istehsalçısına 5 milyard von (3 milyon dollar) ayırmağı planlaşdırır.
Qeyd olunub ki, Cənubi Koreya dünya silah ixracı bazarının 5 %-ni tutmaq və 2027-ci ilə qədər müdafiə məhsullarının dördüncü ən böyük ixracatçısına çevrilmək niyyətindədir.