AZ

Tramp səbrini itirdiyini DEYİR

Ajans.az xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp azad edilmiş israilli girovların situasiyalarını şərh edərkən bildirib.

“Onlar Holokostdan sağ çıxan insanlara bənzəyirlər. Onlar dəhşətli vəziyyətdə idilər. Onlar tükənmişdilər. Buna nə qədər dözə biləcəyimizi bilmirəm. Nə vaxtsa səbrimiz tükənəcək”, - deyə siyasətçi qeyd edib.

Tramp “səbrini itirərsə” ABŞ-nin hansı addımları ata biləcəyini açıqlamayıb, ancaq “Qəzza zolağının HƏMAS-dan təmizləmək niyyətində olduğunu” vurğulayıb.

Fevralın əvvəlində İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra Tramp bildirib ki, Birləşmiş Ştatlar Qəzza zolağına nəzarəti ələ keçirməyə, partlamamış bombaları və digər silahları çıxarmağa və əraziləri hamarlaşdırmağa hazırdır. Eyni zamanda o, Qəzza zolağının sakinlərinin iki ölkəyə - Misir və İordaniyaya köçürülməsini təklif edib.

Seçilən
10
Ajans.az

1Mənbələr