AZ

Bakının Nəsimi rayonunda bəzi yerlərdə qaz kəsiləcək

Bakının
Bu gün Bakının Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq. 1news.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonunda qaz xəttinin mənbəyə birləşdirilməsi məqsədilə fevralın 10-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

"Təmir-quraşdırma işləri aparılan müddətdə C. Məmmədquluzadə, H. Ələsgərov, H. Sarabski, A. Qurbanov, Mərdanov qardaşları, N. Vəzirov, M. Sənani, A. Səhhət, N. Yusifbəyli, İ. İsmayılov küçələrində, Azərbaycan Dövlət Tibb Universiteti və 1 nömrəli xəstəxana ərazisində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd edilib.

Seçilən
2
43
1news.az

10Mənbələr