AZ

Pişik cırmaqladı deyə kor qaldı - FOTO

İstanbulun Esenyurt səmtində 27 yaşlı Emir Kurtu noyabr ayında evində saxladığı balaca pişik cırmaqlayıb.

Milli.Az xəbər verir ki, hadisədən təxminən bir ay sonra sağ gözündə görmə itkisi başlayan Kurt vəziyyəti önəmsəməyib, lakin iki gün sonra sağ gözündə tamamilə, sol gözündə isə qismən görmə itkisi yaşadığı üçün xəstəxanaya müraciət edib. İlk getdiyi xəstəxanada diaqnoz qoyula bilmədiyindən o, Kanuni Sultan Süleyman Təhsil və Araşdırma Xəstəxanasına göndərilib. Burada aparılan müayinələr nəticəsində Kurtu cırmaqlayan pişikdən ona "Bartonella" bakteriyasının keçdiyi müəyyən edilib və dərman müalicəsinə başlanılıb. Təxminən iki aydır davam edən müalicənin sonunda sol gözünün görməsi bərpa olunsa da, sağ gözündə 70 faiz görmə itkisi qalmaqdadır.

Göz xəstəlikləri mütəxəssisi Dr. Mehmet Erdoğan "bartonella" bakteriyası ilə bağlı ehtiyat tədbirləri barədə məlumat verib. Onun sözlərinə görə bu bakteriya pişiklərin dişləməsi, cırmaqlaması və ya açıq yaraya toxunması nəticəsində keçə bilər. Bu cür təmasdan sonra həmin nahiyənin bol sabunlu su ilə yuyulması və bir həftə ilə 10 gün arasında ən yaxın səhiyyə mərkəzinə müraciət edilməsi vacibdir.

İsmayıl
Milli.Az

Seçilən
11
milli.az

1Mənbələr