AZ

Teymur Rəcəbov və Rauf Məmmədov yarımfinala yüksəldi

Şahmat üzrə Azərbaycan çempionatında son yarımfinalçılar müəyyənləşib.

Msport.az xəbər verir ki, Teymur Rəcəbov və Rauf Məmmədov 1/4 final səddini uğurla keçiblər.

Onlar tay-brekdə müvafiq olaraq Vüqar Əsədli və Əhməd Əhmədzadəyə qalib gəliblər. Yarımfinalda məhz Rəcəbovla Məmmədov üz-üzə gələcək. Digər cütlükdə isə Şəhriyar Məmmədyarov Misrətdin İsgəndərovu sınağa çəkəcək.

Qadınların yarışında Gövhər Beydullayeva Türkan Məmmədyarovadan güclü olub. Rəqibinə tay-brekdə qalib gələn Beydullayeva Məmmədyarovanı mübarizədən kənarlaşdırıb. Günay Məmmədzadə isə Səbinə İbrahimovanı məğlub edib. Digər cütlükdə Gülnar Məmmədova Xanım Balacayevanı üstələyib.

Yarımfinalda Ülviyyə Fətəliyeva Gövhər Beydullayeva ilə, Günay Məmmədzadə isə Gülnar Məmmədova ilə görüşəcək.

Seçilən
29
msport.az

1Mənbələr